Əsas Səhifə Qarabağ Tovuz təxribatı İrəvan üçün fəlakət oldu

Tovuz təxribatı İrəvan üçün fəlakət oldu

2 dəqiqə oxundu
0
0
210

Ermənistanın bir vaxtlar intensiv fəaliyyət göstərən beynəlxalq lobbi şəbəkəsi indi o qədər də aktiv təsir bağışlamır. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı.

Sosialxəbər.az xəbər verir ki, bunu amerikalı siyası şərhçi Endryu Koribko deyib.

O bildirib ki, bölgədə baş verəcək bir gərginlikdən Azərbaycan mənfəət əldə etmir:

“Buna görə də buradakı gərginlikdən Ermənistan günahkardır. Onlar Azərbaycanla bağlı haqsız iddialarının Qərb və Rusiya tərəfindən dəstəklənəcəyini gözləyirdilər. Bütün dünyanın bölgədə region üçün təhdid olaraq Azərbaycanı görəcəklərinə ümid edirdilər. Ancaq bu strategiyalar heç bir nəticə vermədi və gözlədikləri dəstəyi də ala bilmədilər”.

Amerikalı şərhçi qeyd edib ki, artıq bir çox ölkə Ermənistanın region üçün təhdid yaratdığını düşünür:

“Ermənistanın sözünə inanan az ölkə qaldığı üçün qlobal güclərin bir neçəsi tərəfsiz qalmağı seçdi. Baş verən son qarşıdurmalar Ermənistan üçün fəlakətlə nəticələnmək üzrədir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…