Əsas Səhifə Dünya Tramp Ağ Evin mətbuat katibini “axmaq” adlandırdı

Tramp Ağ Evin mətbuat katibini “axmaq” adlandırdı

2 dəqiqə oxundu
0
0
35

 

ABŞ prezidenti seçilən Donald Tramp Ağ evin mətbuat katibi Coşua Ernesti təhqir edib. CNN telekanalı xəbər verir ki, Tramp onu Demokratlar partiyasına qarşı kiber hücumlarda iştirak etməkdə günahlandıran Ernesti “axmaq oğlan” adlandırıb.

Trampın sözlərinə görə, Ağ Evin mətbuat katibi öz vəzifəsini çox pis yerinə yetirir. O hətta Ernestin prezident Barak Obamanın xəbəri olmadan açıqlama verə biləcəyini ehtimal edib:
“Heç bilmirəm, bu axmaq oğlan, prezident Barak Obamayla danışır ya yox. Düzgün mətbuat katibinin olması çox vacibdir. Çünki o, (Ernest) məlumat ötürmək barədə çox pisdir.”

Ötən gün müntəzəm keçirilən brifinq zamanı Ağ evin mətbaut katibi Coşua Ernest Rusiyanın kiberməkanda qərəzli fəaliyyətindən Trampın xəbərdar olması barədə açıqlama verib. Bildirib ki, bu kiber hücumlar Trampa kömək edərək, Klintonun seçki öncəsi kampaniyasına xələl gətirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…