Əsas Səhifə Dünya Tramp Baydenə əsl şou hazırlayır

Tramp Baydenə əsl şou hazırlayır

3 dəqiqə oxundu
0
0
537

Co Baydenin Donald Trampı depata çağırması onun üçün heç də uğurlu olmayacaq.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli prezidentliyə Demokratlar Partiyasından namizəd Co Baydenin Donald Trampı debata çağırmağa hazırlaşması haqda danışarkən deyib.

Politoloq bildirib ki, Bayden rəqibini düzgün qiymətləndirmir:

“Tramp sözün əsl mənasında şou adamıdır. Debatda isə təkcə namizədlərin bir-birini ittiham etməsi, əleyhinə faktlar təqdim etməsi kifayət deyil. Eyni zamanda, bu faktları şou formatında seciçilərə təqdim etməlidir. Bu mənada Trampın şansını daha çox qiymətləndirirəm.

Düşünürəm, Donald Tramp Baydenin onu debata çağıracağını təxmin edirdi. Onun son açıqlamaları çox maraqlıdır. Misal üçün, Tramp özünü keçmiş prezident Avraam Linkolnla müqayisə edib. Heç kəsə sirr deyil ki, Linkoln ABŞ vətəndaşlarının ən sevdiyi prezidentdir. Lakin Trampın özünü Linkolna bənzətməsinin əsas səbəbi afro-amerikalılar üçün Linkoln da daxil olmaqla, digər ABŞ prezidentlərindən daha çox iş gördüyünü düşünməsidir. Tramp Linkoln qədər olmasa da, şübhəsiz, ABŞ tarixində qaradərili vətəndaşların sevdiyi bir şəxsdir. Afro-amerikan icması üçün Baydenin 47 ildə etdiyindən daha çox şey etməsi bir reallıqdır.
Trampın bir önəmli vədi də ABŞ-ı xaricdəki mənasız və bahalı savaşlara cəlb etməyəcəyini deməsidir. Yəni o, daha sülhpərvər bir ABŞ vədi verir. Əslində isə Tramp demək istəyir ki, mənasız müharibələrə xərcləyəcəyi pulları ABŞ vətəndaşlarının sosial-iqtisadi inkişafına xərcləyəcək. Göründüyü kimi, Tramp Baydenin debatına çoxdan hazırdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…