Əsas Səhifə Dünya Tramp kömək istədi, Ərdoğan işə qarışdı

Tramp kömək istədi, Ərdoğan işə qarışdı

6 dəqiqə oxundu
0
0
199

Serbiya Prezidenti Aleksandr Vuçiçlə Kosova Baş naziri Abdullah Xoti arasında Vaşinqtonda keçirilən görüşdən qısa müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın serbiyalı və kosovalı həmkarları ilə telefon danışığı aparması heç də təsadüfi deyil. Görünür, Tramp tərəfləri uzlaşdıra bilmədiyi üçün Ərdoğana müraciət edib.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın serbiyalı və kosovalı həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı aparması haqda danışarkən deyib.

O qeyd edib ki, Ərdoğan bu münaqişənin həllinə ciddi töhfə verə bilər:

“Kosovo münaqişəsi ötən əsrin sonları ortaya çıxan, hələ də həllini tapmayan bir problemdir. Müstəqillik əldə etmək istəyən kosovalı albanların təşəbbüsü ilə başlanan müstəqillik hərəkatı zamanla ciddi bir münaqişəyə çevrilmişdi. Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan edib. Bununla belə, Serbiya faktiki olaraq hələ də Kosovanı öz ərazisinin bir parçası hesab edir. Son zamanlar bu münaqişənin nizamlanması, xüsusilə də dinc yolla həlli istiqamətində ABŞ Prezidenti Donald Tramp xüsusi səylər göstərir. Mahiyyət etibarilə Tramp tərəfləri uzlaşdıraraq Kosovanın müstəqilliyinin tanınmasını istəyir. Hətta bu istiqamətdə Serbiya Prezidenti Aleksandr Vuçiçlə Kosovanın Baş naziri Abdullah Xoti arasında Vaşinqtonda görüş keçirilib. Tramp nə qədər istəsə də, bu görüş nəticəsiz qaldı.

Lakin görünür, Tramp məsələnin birdəfəlik həll edilməsində israrlıdır. Bunun bariz nümunəsi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın serbiyalı və kosovalı həmkarları ilə ayrı-ayrılıqda telefon söhbəti etməsidir. Çünki Türkiyə-Serbiya və Türkiyə-Kosova əlaqələri tarixinin ən yaxşı mərhələsindədir. Yəni Ankara tərəfləri danışıqlar masasına oturdaraq uzlaşdıra bilər”.

Politoloq vurğulayıb ki, Türkiyə Kosovo münaqişəsinin həllində Bosniya modelini təklif edə bilər:

“Keçmiş Yuqoslaviya dağılan zamanı ən qanlı proseslər bəlkə də Bosniyada getdi. Çünki Balkan yarımadasının qarışıq, etnik dini xüsusiyyətləri özünü ən ifrat dərəcədə Bosniya münaqişəsində göstərdi. Bosniyada yaşayan müsəlman boşnaklar, katolik xorvatlar və pravoslav serblər heç cür uzlaşa bilmirdi. Nəhayət, tərəflər konfederativ, yəni üçlü bir idarəetmə sistemi ilə uzlaşa bildi. Bu gün Türkiyənin həmsədrliyi ilə tərəflər Kosova münaqişəsinin həllində Bosniya modelini tətbiq edərək uzlaşa bilərlər. Bu, eyni zamanda, Türkiyənin beynəlxalq həmsədr missiyasında uğurlu debatı ola bilər. Əslində, bu proses bizi də yaxından maraqlandırır. Çünki rəsmi Ankara əgər Kosovo münaqişəsini dinc yolla nizama sala bilsə, gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üçün danışıqlar formatında həmsədr ola bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…