Əsas Səhifə Dünya “Türk dünyasının CNN”-i yarana bilərmi?

“Türk dünyasının CNN”-i yarana bilərmi?

2 dəqiqə oxundu
0
0
146

Etnik prinsip əsasında ümumi vahid media platformasının yaradılması mürəkkəb məsələdir.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının Real TV-nin “Real İntervyu” proqramında çıxışı zamanı türk dünyasının maraqlarına xidmət edən CNN və “Əlcəzirə” formatında vahid media orqanının yaradılması ilə bağlı təklifini şərh edərkən deyib.

Professorun sözlərinə görə, türkdilli dövlətlər arasında belə ideyanı konkret layihə kimi reallaşdırmaq mümkündür:

“Hazırda Azərbaycan-Türkiyə vahid platformasını yaratmaq istəyirik. Bu barədə əvvəldən danışıqlar aparılıb. Amma türkdilli ölkələrdə fərqli maraqlar, fərqli siyasi sistemlər var. Ona görə də burada ümumi media platformasını yaratmaq çətindir. Məsələn, indi türkdilli xalqların ortaq televiziya kanalları nəyi yayır? Musiqi, mədəniyyət və sair kimi sahələrə aid materialları. Bu cür informasiya axınını təmin etmək mümkündür, amma geniş mənada xəbərləşmə, analitika, araşdırmalar – bunlar çətin prosesdir. Amma bu arzu gerçəkləşsə, türkdilli dövlətlər üçün mühüm informasiya mənbəyi olar”.

Daha çox oxşar yazı
  • Ermənistan cəmiyyəti iki yerə bölünüb

    Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…
  • Neft ucuzlaşdı

    Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…
  • İlham Əliyev Nikolu darmadağın etdi

    Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Sosialx…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ermənistan cəmiyyəti iki yerə bölünüb

Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…