Dünən günorta saatlarından Türkiyənin “Garanti” bankı və “Türk Telekom” şirkəti DDOS texnikası ilə kiberhücuma məruz qalıb.

Sosialxəbər.az xəbər verir ki, hücum nəticəsində bankın internet bölməsinə uzun müddət giriş olmayıb, “Türk Telekom”un xidmətlərində isə müəyyən çətinliklər və gecikmələr qeydə alınıb.

Məlumata görə, “Türk Telekom”un mütəxəssisləri kiberhücuma vaxtında müdaxilə edərək qarşısını alıblar.