Türkiyə Silahlı Qüvvələri ilkin mərhələdə Suriyanın şimal ərazilərində 10 hərbi baza yaradacaq.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Belə ki, Suriyada təhlükəsiz zonanın yaradılması ilə bağlı ABŞ-Türkiyə arasında əldə edilən razılaşmada sözügedən məsələ qeyd olunur.

Qeyd edək ki, 5-7 avqust tarixlərində ABŞ-la Türkiyə arasında keçirilən görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bölgənin koordinasiyası və idarə edilməsi üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin qurulmasına qərar verilib.