Əsas Səhifə Dünya Türkiyə bəhanədir, bu ölkəni bölmək istəyirlər

Türkiyə bəhanədir, bu ölkəni bölmək istəyirlər

5 dəqiqə oxundu
0
0
695

Birincisi, Qars müqaviləsinin müddətinin bitməsi anlayışı yoxdur, çünki müqavilədə müddət göstərilməyib. İkincisi, hətta 2021-ci ildə Qars müqaviləsinin vaxtı bitsə belə, bu, region üçün heç bir əhəmiyyət kəsb etmir. Bu müqaviləni imzalayan dövlətlər artıq bu gün mövcud deyillər.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rus və Gürcü Xalqlarının Birlik Fondunun prezidenti Vladimir Xomerikin Qars müqaviləsinin müddətinin bitməsi ilə bağlı dediyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirib ki, Vladimir Xomerikin sözləri həqiqəti qətiyyən əks etdirmir:

“Əvvəla, Türkiyənin Gürcüstana ərazi iddiası yoxdur. Bu gün Gürcüstan regionda separatizmdən ən çox əziyyət çəkən ölkədir. Abxaziya, Cənubi Osetiya məsələsi Gürcüstanın əsas problemləridir. Bu problemləri Gürcüstanın başına gətirən də, ona dəstək olan da bəllidir. İstər Azərbaycan, istərsə də Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünə hörmət edib. Düşünürəm, bu gün belə şayiələrlə çıxış edən şəxslər, sadəcə, regionda meqalayihələr gerçəkləşdirən Türkiyə, Gürcüstan və Azərbaycan əməkdaşlığını pozmaqda maraqlıdırlar.

Acarlara gəldikdə isə bu xalq Gürcüstanın aborigen xalqıdır. Yəni qədim tarixə malik xalqdır. Böyük bir qismi isə müsəlmandır. Bununla belə özlərini hər zaman Gürcüstan vətəndaşı sayıblar. Əks təqdirdə Abxaziya və Osetiya kimi onlar da separatçılıq edərdi”.

Politoloqun fikrincə, Gürcüstanın regionda ən böyük düşməni Ermənistandır:

“Ermənistan region üçün potensial təhlükə mənbəyidir. Çünki bütün qonşularına qarşı ərazi iddiaları ilə çıxış edir. Azərbaycanın 20 faiz torpağını işğal edən bu ölkə Türkiyənin Şərqi Anadolu, Gürcüstanın isə Samsxe-Cavaxetiya ərazisinə torpaq iddiaları ilə çıxış edir. Rəsmi İrəvan və onun havadarları xüsusilə ermənilərin yaşadığı Samsxe-Cavaxetiyada gərginlik yaradaraq, buranı Gürcüstandan qoparıb Ermənistana birləşdirmək istəyirlər. Bu yolla Ermənistanın Qara dənizə çıxışını təmin etməyi düşünürlər.

Bu mənada regionda qonşularına qarşı torpaq iddiası irəli sürən bir ölkə varsa, o da Ermənistandır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…