Əsas Səhifə Qarabağ Türkiyə Bakı təcrübəsini bu ölkəyə tətbiq edir

Türkiyə Bakı təcrübəsini bu ölkəyə tətbiq edir

3 dəqiqə oxundu
0
0
146

Liviyada davam edən hakimiyyət müharibəsi ölkənin hərbi qüdrətini zəiflədib. Bu gün Liviya ordusu müstəqilliyin ilk illərindəki Azərbaycan ordusunu xatırladır. Bu mənada Türkiyənin Azərbaycanla 1993-cü ildə imzaladığı “Hərbi təlim haqqında əməkdaşlıq sazişi”nin bənzərini bu gün Liviya ilə imzalaması bu ölkənin daxilində davam edən hakimiyyət müharibəsinin sonlanması, eyni zamanda sonrakı illərdə əvvəlki qüdrətinə qayıtması üçün faydalı olacaq.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyə Silahlı Qüvvələrinin vaxtilə Azərbaycan Ordusunun mövcud sisteminin qurulması üçün bağladığı sazişin eynisini Liviya ilə imzalayacağı haqda məlumatı şərh edərkən deyib.

Polkovnikin sözlərinə görə, Liviya Türkiyə üçün olduqca vacib ölkədir:

“Şübhəsiz, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlər dünyanın heç bir birliyi ilə müqayisə oluna bilməz. “Bir millət, iki dövlət” prinsipi bu gün ən yüksək səviyyədə inkişaf edir. Bununla belə, Türkiyə artıq böyük və güclü bir ölkədir. Bu gün Türkiyə Yaxın Şərqdə Suriya, İraq, Şimali Afrikada Liviya kimi ölkələrə yardım edir. Düşünürəm, Türkiyənin Liviyaya vaxtında Azərbaycana etdiyi kimi yardım etməsi bu ölkənin zəifləmiş və pərakəndə ordusunu yenidən vahid bir komandanlıq ətrafında birləşdirib gücləndirə bilər. İstənilən halda biz də qardaş Türkiyənin Liviya dövlətinə edəcəyi hər bir yardımı müsbət qarşılayırıq. Nəticə etibarilə biz 1993-cü ildə imzalan “Hərbi təlim haqqında əməkdaşlıq sazişi”nin faydalarını görmüşük. Liviya üçün də belə bir saziş faydalı olacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…