Əsas Səhifə Dünya Türkiyə Çinin yerini tuta bilər

Türkiyə Çinin yerini tuta bilər

2 dəqiqə oxundu
0
0
123

Türkiyə güclü nəqliyyat, şəbəkələşmə sistemi, sürətli istehsalat və digər imkanları ilə Avropa üçün Çinin yerini tuta bilər.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Berk Hacıgüzeller deyib.

Ekspert bildirib ki, gözlənilmədən peyda olan iqtisadi şoku lehinə çevirən ölkələr bu dönəmdən qazanclı çıxacaqlar:

“Pandemiya dönəmində tədarük mərkəzlərinin yaxın olmasının önəmi bir daha hər kəsə aydın oldu. Avropa və ABŞ son aylarda Çində istehsal edilən xeyli sayda məhsulu əldə etməkdə çətinlik çəkdi. Maska və digər tibbi ləvazimatlar az qala qızıl dəyərində idi. Məhz bu kimi hallar Qərbi tədarük məsələsində bir daha düşünməyə vadar etdi. Türkiyə dolların dəyərinin qalxması, Avropaya yaxınlığı, güclü nəqliyyat və çatımlılıq imkanları, sürətli istehsalatı ilə Çinin yerini ala biləcək namizədlər arasındadır. Diqqətçəkən tədarük mərkəzinə çevrilmə potensialına sahibik. Bu fürsəti dəyərləndirməliyik”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…