Əsas Səhifə Dünya Türkiyə etiraz edəcək

Türkiyə etiraz edəcək

4 dəqiqə oxundu
0
0
437

ABŞ Dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi öz bəhrəsini verməkdədir. Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsi bunun bariz nümunəsidir. ABŞ Suriyadan hərbçilərini çıxarsa da, əvəzində müttəfiqlərini yerləşdirir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Səudiyyə Ərəbistanının hərbçilərini İraqdan Suriyanın Hasekə vilayətində yerləşən ABŞ ordusunun tərkibinə dislokasiya etməsini şərh edərkən deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərindəndir:

“Bu müttəfiqlik müxtəlif vaxtlarda özünü göstərir. Son zamanlar biz bu iki ölkənin regionda hərbi müstəvidə fəallığının şahidi oluruq. Pompeonun Yaxın Şərq turnesinin digər məqsədi də rəsmi Vaşinqtonun regiondakı müttəfiqləri ilə hərbi əlaqələrini gücləndirməsi idi. Pompeonun bu səfəri zamanı region ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinin nizama salınmasında ABŞ-a dəstəyini artırması barədə danışıqlar aparacağı gözlənilirdi. Çünki hazırda ABŞ-ın Suriyada hərbi kontingenti azalıb. Bununla belə, rəsmi Vaşinqtonun Suriyadakı mövqelərini qorumaq üçün regiondakı müttəfiqlərindən dəstək alacağı gözlənilir”.

Politoloq deyib ki, Səudiyyə Ərəbistanının öz hərbçilərini İraqdan Suriyaya dislokasiya etməsi Türkiyə və Rusiyanın narazılığına səbəb ola bilər:

“Bir müddət öncə Suriyada ABŞ və Rusiya hərbçiləri arasında yaşanan gərginlik mətbuatda fərqli təqdim edilsə də, faktiki olaraq lokal qarşıdurma idi. Rəsmi Vaşinqton Suriyadakı mövqelərini itirmək istəmir. Lakin mövcud hərbi kontingenti mövqelərini qorumağa imkan vermir. Buna görə də Səudiyyə Ərəbistanının İraqda yerləşən hərbçiləri Suriyaya dislokasiya edildi. Lakin bu, Rusiyadan əlavə, Türkiyənin də narazılığına səbəb olacaq. Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında bir çox mövzularda fikir ayrılığı var. Mövcud vəziyyətdə Səudiyyənin öz hərbçilərini Türkiyə sərhədinə yaxın bir əraziyə gətirməsinə rəsmi Ankara razı ola bilməz”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…