Əsas Səhifə Dünya Türkiyə İdlibdəki radikal qrupların zərərsizləşdirilməsində maraqlıdır

Türkiyə İdlibdəki radikal qrupların zərərsizləşdirilməsində maraqlıdır

2 dəqiqə oxundu
0
0
77

Türkiyə İdlibdəki radikal qrupların zərərsizləşdirilməsində maraqlıdır.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyənin İdlibdəki M4 magistralında radikal qrupları zərərsizləşdirməyi öhdəsinə götürməsinə münasibət bildirən rusiyalı hərbi-siyasi analtik Vladimir Yevseyev deyib.

Analitik Türkiyənin radikallara qarşı silahlı təzyiq göstərməsinin, İdlibdən onları qovmasının lazım olduğunu bildirib:

“Türkiyə Rusiya ilə İdlib böhranının təkrar yaşanmasını istəmir. Türkiyənin bəzi qruplara təzyiq göstərməsi mümkündür. Radikal qruplardan biri türk ordusu tərəfindən qurulan istehkamı yox etmişdi. Yəni bu qruplar Türkiyəyə də qarşı çıxır. Məntiqlə Türkiyə də Rusiya ilə birlikdə bu silahlı qruplara qarşı döyüşməlidir”.

Rusiya ilə ortaq əməliyyatın Türkiyəyə fayda verəcəyini bildirən Yevseyev Türkiyənin bölgədəki radikal müqaviməti məhv etmə qabiliyyətinə malik olduğunu qeyd edib:

“Türkiyə çətin seçimlə üz-üzədir, amma onlara təzyiq göstərərsə, M4 magistralını yavaş-yavaş aça bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Bu tələbələrin təhsil haqqını dövlət verəcək

Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. S…