Əsas Səhifə Dünya Türkiyə İngiltərəyə diqqət göstərməlidir

Türkiyə İngiltərəyə diqqət göstərməlidir

3 dəqiqə oxundu
0
0
541

Türkiyə İngiltərəyə diqqət göstərməlidir.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Rusiya Araşdırmaları İnstitutunun rəhbəri Saleh Yılmaz bildirib.

İsrail və BƏƏ arasındakı razılaşma ilə əlaqədar sərt xəbərdarlıqlar edən Yılmaz deyib:

“Fransa Aralıq dənizi, Yaxın Şərq və Afrikada ABŞ, Rusiya və Çinə məğlub olduqdan sonra acığını Türkiyədən çıxmaq üçün bir mesaj vermək istəyir. Yunanıstan tarixdə olduğu kimi, yenə də “peşka”dır. BƏƏ-nin Fələstin, Türkiyə və Liviya əleyhinə siyasəti özünə aid deyil. İngiltərə nə qədər Türkiyənin dostu kimi özünü göstərsə də, BƏƏ-dən istifadə edərək əleyhimizə siyasət yürüdür. Ankara reaksiyasını BƏƏ-yə deyil, İngiltərəyə göstərməlidir. Tarixdə Osmanlı imperiyasına qarşı Yunanıstan və Misirdən, eləcə də erməni, ərəb tayfalarından istifadə edilmişdisə, indi də eynisini İngiltərə ilə Fransa edir”.

Türkiyənin açıq bir mövqe göstərməli olduğunu söyləyən Yılmaz Beyrutdakı partlayışdan sonra BƏƏ-İsrail razılaşmasının təsadüf olmadığını vurğulayıb:

“İngiltərə BƏƏ-dən Şərqi Aralıq dənizində şahmat kimi istifadə edir. Fransa da Yunanıstandan istifadə etməyə başlayıb. Keçmişdə bu iki ölkə Yaxın Şərqdə “peşka”lardan istifadə edərək Osmanlı imperiyasını dağıtdı. İngiltərə və Fransa Aralıq dənizindəki kritik dəniz marşrutlarına və enerji hövzələrinə “naviqasiya azadlığı” bəhanəsi ilə nəzarət etmək istəyir. Türkiyənin bölgədəki seysmik kəşfiyyat və qazma işlərindən narahatdırlar”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…