Türkiyə NATO və ABŞ-ın tənqidlərinə inad olaraq qərarına uyğun addımlayır.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə sabiq AKP-çi millət vəkili Talib Küçükcan çıxış edib.

“Rusiya Avrasiyada çox əhəmiyyətli bir gücdür. Bu səbəbdən Türkiyənin mütləq bu gücü birbaşa araşdırması lazımdır, bunu etməyə çalışırıq. Türkiyənin dünyadakı diasporlarını da müzakirə edirik. Təhlükəsizlik məsələsi də Rusiya ilə Türkiyə arasında mühüm bir məsələdir. Türkiyə S-400 raketləri barədə Rusiya ilə razılaşdı. NATO və ABŞ bizi bu məsələdə tənqid edir, amma Türkiyə qərarına əsasən addımlayır. Bu da Rusiya ilə münasibətləri daha da inkişaf etdirməyi tələb edir”, – Küçükcan qeyd edib.