Türkiyə NATO-nun Baltik ölkələri və Polşa ilə bağlı müdafiə planını dəstəkləsəydi, bu, təəccüblü olardı.

Sosialxəbər.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dudçak bildirib.

Dudçak qeyd edib ki, Ankara NATO nümayəndəsindən planın imzalanmamasını istədi və nəticədə istədiyinə nail oldu. Bununla alyans YPG-ni terror təşkilatı olaraq tanıdı:

“Türkiyə suveren bir dövlət olduğunu göstərir və NATO ölkələrinin Rusiya əleyhinə olan kampaniyalarına qatılmır. Türkiyənin Rusiya ilə əlaqələrini inkişaf etdirdiyi bir vaxtda Moskva əleyhinə plana dəstək verməsi ağılsızlıq olardı”