Əsas Səhifə Cəmiyyət Türkiyədə bir günlük matəm elan edilib

Türkiyədə bir günlük matəm elan edilib

2 dəqiqə oxundu
0
0
32
Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunub. Türkiyənin Nazirlər Kabinetinin yaydığı yazılı məlumatda matəm günü dövlət bayraqlarının yarıyadək endiriləcəyi bildirilir.
Qeyd edək ki, İstanbulun mərkəzi rayonlu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər ölüb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub. Anadolu agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, 7-si ağır vəziyyətdə olmaqla 166 nəfər yaralanıb.
S.Soylu əlavə edib ki, hadisəylə bağlı 10 şübhəli şəxs saxlanılıb. O qeyd edib ki, partlayışlardan biri uzaqdan idarə olunan bomba yüklü avtomobillə, digəri isə canlı bomba tərəfindən törədilib.
Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…