Türkiyənin Şanlıurfa şəhərində yerləşən Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayış baş verib.

Sosialxəbər.az xəbər verir ki, silah-sursat saxlanılan ərazidə baş verən iki partlayış nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub.

Türkiyə Müdafiə Nazirliyi baş verən partlayışla bağlı məlumat yayıb.