Əsas Səhifə Dünya Türkiyənin kəşfi: Bakının layihəsi ilə Avropaya

Türkiyənin kəşfi: Bakının layihəsi ilə Avropaya

5 dəqiqə oxundu
0
0
632

Türkiyənin kəşf etdiyi qaz yatağının həcminin 320 milyard kubmetr olduğu açıqlanıb. Bu, kifayət qədər yüksək bir qaz ehtiyatıdır. Çünki Türkiyənin illik qaz istehlakı 45 milyard kubmetrə yaxındır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Türkiyənin Qara dənizdə tarixinin ən böyük qaz yatağını kəşf etməsi haqda danışarkən deyib.

İqtisadçı deyib ki, Türkiyənin yeni yataqların kəşf edilməsinə qədər illik qaza olan tələbatını nəzərə alaraq, kəşf edilən qazı rezervləşdirməsi yaxşı olardı:

“Çünki Türkiyə regionun mavi yanacağa ən çox ehtiyacı olan ölkəsidir. Türkiyə həm də bu yolla yeni yataqların kəşfi üçün zəmin yarada biləcək. Azərbaycan da bir zamanlar qaz ixrac edən ölkə deyildi. Lakin “Şahdəniz” qaz yatağı, daha sonra digər yataqların kəşf edilməsi Azərbaycanı regionun həm neft, həm də qaz ixrac edən ölkəsinə çevirdi”.

İqtisadçının sözlərinə görə, Türkiyə öz təbii qazını Rusiyanın “Türk axını-1” və ya Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxara bilər:

“Rusiyanın Qara dənizdən keçən “Türk axını” layihəsinin boru kəməri Türkiyənin kəşf etdiyi təbii qaz yatağının yaxınlığından keçir. Yəni Türkiyə çox qısa zamanda logistik olaraq təbii qazını Avropa bazarına çıxara bilər.
Azərbaycanın SOCAR şirkətinin reallaşdırdığı və Anadolu üzərindən keçən Cənub Qaz Dəhlizi layihəsinin də üstünlükləri var. Cənub Qaz Dəhlizinin 30 faizinin Türkiyənin “Botaş” şirkətinə məxsus olması əlavə imkan yaradır. Yəni Türkiyə pay sahibi olduğu, eyni zamanda strateji iqtisadi müttəfiqi Azərbaycanla birlikdə öz qazını Avropa bazarına çıxara bilər”.

İqtisadçı deyib ki, Cənub Qaz Dəhlizinin logistik imkanları böyükdür:

“Son açıqlamalarda ixracat potensialının yüksəldiləcəyi qeyd olunmuşdu. Digər tərəfdən, Türkiyə bu yolla pay sahibi olduğu bir boru kəmərinin prestijini də qaldıra bilər. Düşünürəm, Türkiyənin yeni kəşflərdən sonra öz mavi qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarması daha məqsəduyğun olar”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…