Əsas Səhifə Sağlamlıq Türkiyənin korona detektivləri

Türkiyənin korona detektivləri

2 dəqiqə oxundu
0
0
58

Türkiyədə səhiyyə işçilərindən ibarət filyasyon qruplar virusun mənşəyini və insanların yoluxma səbəblərini detektiv kimi araşdırırlar.

Sosialxəbər.az 0xəbər verir ki, bu barədə Fransanın nüfuzlu AFP xəbər agentliyi məlumat yayıb.

“Bu qruplar xüsusi dəqiqliklə çalışırlar. Təkcə İstanbulda hər biri 3-4 filyasyon işçidən ibarət olan 100 qrup var. Onlar COVİD-19-a yoluxma hallarına qarşı əməliyyatlarını davam etdirirlər”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca Türkiyədə filyasyon üsulu ilə koronavirusa yoluxma hallarını azaldacaqlarını bildirmişdi.

Filyasyon – hər hansı bir yoluxucu xəstəliyin səbəblərini müəyyənləşdirmə prosesinə verilən addır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Bunu da oxu

Daha bir kənd nəzarətə götürüldü

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da son bir neçə gü…