Əsas Səhifə Dünya Türkiyənin məqsədi həm raket həm də hərbi təyyarələrini almaqdır

Türkiyənin məqsədi həm raket həm də hərbi təyyarələrini almaqdır

2 dəqiqə oxundu
0
0
7

Türkiyənin məqsədi həm S-400 raket əleyhinə müdafiə sistemlərini, həm də F-35 hərbi təyyarələrini almaqdır.

Sosialxəbər.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Oleq Ponomarenko bildirib.

“Türkiyə ABŞ müdafiə sənayesinin bir halqasıdır. Əgər ABŞ F-35-lə bağlı sanksiya tətbiq edərsə, Türkiyə alternativ variant üçün Rusiyaya müraciət edə bilər və biz böyük məmnuniyyətlə kömək edərik. Amma yenə də ABŞ-ın sanksiyaları zaman və texnoloji əməkdaşlıqda itkiyə yol açır ki, Türkiyə də bunu heç vaxt istəməz. Türklərin hazırki hədəfi hər ikisini almaqdır. ABŞ-a işçi qrupu yaratmaq təklifi də vəziyyəti yumşaltma və eyni zamanda istədiklərini əldə etməkdir”, – Ponomarenko vurğulayıb.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bütün tərəddüdləri aradan qaldırmaq üçün ABŞ və NATO-ya birgə işçi qrupu yaratmaq barədə təklif edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

ƏSMİD İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk ianəsini köçürüb

Bu barədə Sosialxəbər.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına…