Türkiyəyə dərs verməyə çalışan lazımi cavabı alacağını bilməlidir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində alman həmkarı Heyko Maasa cavab olaraq yazıb.

“Əziz Maas, Türkiyəyə səfərindən dolayı sevincliyəm. Qapımız sənə hər zaman açıqdır. Amma barmağını silkələyərək deyil”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Maas Tvitter hesabında Türkiyəyə səfər edəcəyi barədə məlumatlar paylaşaraq qardaş ölkənin ünvanına tənqidi fikirlərini əlavə edib.