Əsas Səhifə Başliqlar Türkiyəyə dəstək verən Əliyev və Xameneinin fərqi

Türkiyəyə dəstək verən Əliyev və Xameneinin fərqi

3 dəqiqə oxundu
0
0
743

Yunanıstan səfiri ilə görüşdə belə bir açıqlama ilə çıxış edəndə çox səmimi idi. Prezident islami dəyərlərə bağlılıqda da Xamenei ilə müqayisə oluna bilməz. İranın isə islam təəssübkeşliyi saxtadır və islam dini molla rejimi tərəfindən sadəcə siyasi məqsədlər üçün istismar olunur.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində Prezident İlham Əliyevin və İran Ali dini lideri Xameneinin Türkiyəyə açıq dəstək vermələri haqda danışarkən deyib.

O bildirib ki, Xameneinin Birləşmiş Ərəb Əmirliklərini tənqid etməsi islam təəssübkeşliyindən qaynaqlanmır və siyasi maraqlarla bağlıdır:

“Bu belə deyilsə və Xamenei bunu səmimi edibsə, Türkiyəni müdafə edəcəkləri barədə verdiyi sözünün arxasında duracaqsa, alqışlayıram. Amma buna necə inanmaq olar? İran bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, müsəlman torpaqlarını işğal etmiş, islam abidələrini dağıtmış Ermənistanla əlaqələrini gündən-günə genişləndirir. Bir ay öncə Azərbaycana Tovuz istiqamətindən Ermənistanın növbəti hücumu zamanı İran öz ərazisini Ermənistana silah daşınması üçün ruslara istifadəyə vermişdi. Baxmayaraq ki, Azərbaycan öz ərazisindən İrana qaşı istifadə olunmasına heç vaxt imkan verməyib. İranın xoşbəxt gələcəyi Azərbaycan və Türkiyə ilə səmimi münasibətlərdən çox asılıdır. Ona görə də İran bizə və islami dəyərlərə xəyanət yolundan imtina etməli, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ermənistanı dəstəkləməkdən çəkinməlidir”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…