Ucarda yol qəzası baş verib.

Sosialxəbər.az APA-ya istinadən xəbərinə görə, qəza bu gün Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Renc Rover” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil aşıb. Bakı sakinləri – 1970-ci il təvəllüdlü Firuzə İman qızı İbrahimova, 1989-cu il təvəllüdlü Humay Ramiz qızı İbrahimova və 2012-ci il təvəllüdlü Müseyib Rahib oğlu İbrahimova müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.