Əsas Səhifə Qarabağ Ukraynalı deputatdan Azərbaycanda dəstək

Ukraynalı deputatdan Azərbaycanda dəstək

2 dəqiqə oxundu
0
0
20

Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bildirib.

Onun sözlərinə görə, istər bu ilin iyul ayında, istərsə də sentyabrın 27-də baş verən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan erməni tərəfinin təxribatlarının qarşısını almağa tam hazırdır.

Deputat həmçinin bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşdırma aparıldığını xatırladaraq qeyd edib ki, bu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və Ermənistanın münaqişənin nizamlanmasına dair danışıqlara qəsdən zərbə vurur: “Bu addım Ermənistanın münaqişəni dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərdi”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Azad edilən ərazilərlə bağlı açıqlamalarınız

Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyun…