Əsas Səhifə Cəmiyyət Universitet qarşısında avtobusda partlayış – 13 ölü, 48 yaralı

Universitet qarşısında avtobusda partlayış – 13 ölü, 48 yaralı

2 dəqiqə oxundu
0
0
30

 

Türkiyənin Kayseri vilayətində Erciyes Universiteti qarşısında məzuniyyətə çıxan hərbçilərin olduğu avtobusun partladılması nəticəsində şəhidlərin sayı məlum olub.

Türkiyə KİV-ləri xəbər verir ki, terror aktı nəticəsində 13 əsgər şəhid olub, 48 nəfər yaralanıb.

***
11:45

Partladılan avtobusun içərisində mülki geyimli hərbçilər də olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, avtobusa yaxınlaşaraq bombanı işə salan “Şahin” markalı maşın olduğu bildirilir. Partladılan maşın tanınmaz hala düşdüyü üçün böyük miqdarda partlayıcı qurğudan istifadə olunduğu güman edilir.

***
10:32

Türkiyədə Erciyez Universitetinin qarşısında partlayış törədilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 08:45-də avtobusda baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış avtobusa yaxınlaşan maşında baş verib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…