????????????????????????????????????

Sosialxəbər.az xəbər verir ki, bir qrup müharibə, əlil və şəhid ailləri Qeyri Hökumət Təşkilatları, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və məzarlığlarının əsas giriş qapsında xatirə güşinin düzəldilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edildi.

Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənablarına

Hörmətli Cənab Prezident!

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve¬teran¬lara qay¬ğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələ¬rin¬dən biridir!”.
Şəhid ailələrinə, müharibə əlillərinə, ve¬teran¬larına və əhalinin həs¬sas təbəqəsi hesab olunan bu n-sanlara dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev tərəfindən müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gündə bu təbəqəyə diqqət və qayğı Sizin tərəfinizdən davam edilir.

Bu məqsədlə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “15” may 2019-cu il tarixdən, “15” oktyabr 2019-cu il tarıxinə kimi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi¬hə¬sini Bakıda və ayrı-ayrı regionlarda həyata keçirtmişdir.

Həyata keçirilən layihənin məqsədi, Bakıda və rayonlarda, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi, qorunub saxlanması uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün düzəldilmiş abidələrin, xatirə güşələrinin vəziyətlərinə manitoring edərək, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaq olmuşdur.

Hörmətli Cənab Prezident!

Sizə məlumat üçün bildiririk ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar.
Həyata keçirilən layihə çərçivəsində, Bakının, Səbail, Yasamal, Xətai, Nizami, Sabunçu, Abşeron rayonlarında, regionlardan isə Şirvan şəhərinin, Hacıqabul, Lənkəran, Astara, Lerik rayonlarının el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.

Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur.
Müharibə şəraitində olan ölkəmizdə Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı adiyyəti qurumların və vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir göstərir.
Buda şəhidlərimizə qarşı sayğısızlığ və biganəçiliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir göstərir.

Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy¬yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.
“Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Buna görə də, Azərbaycanın bütün el məzarlığlarında, Türkiyyə Respublikasında olduğu kimi, şəhid məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün xatirə güşələri düzəldilərək onların üstündə Azərbaycan bayrağı ucaldılmalı və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.
Bu məqsədlədə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi-hə¬sinin yekunu olaraq, 13 sentyabr 2019-cu il tarıxində, adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid aillərinin birgə iştirakı ilə Dəyirmi-masa yığıncağı keçirərək, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olaraq el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və məzarlığlarının əsas giriş qapsında xatirə güşinin düzəldilməsi üçün, Dəyirmi-masa iştirakçıları adından, Sizə müraciət qəbul olunmuşdur.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid ailələri, müharibə əlilləri və ve¬teran¬ları adından Sizdən xahiş edirik ki, el məzarlığlarında dəfin olunmuş şəhid məzarlarını təmir olunması və məzarlığlarının giriş qarşısı önündə Şəhidlərin xatirə güşinin düzəldilməsi üçün müvafiq sərəncam verəsiniz.
Əvvəlcədən Sizə, şəhid ailələri, müharibə əlilləri və ve¬teran¬ları adından öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

1. Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti,
“Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov.

2. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev.

3. Azərbaycanın Respublikası Milli Qəhramanların Tantma İctimai Birliyinin sədri Elşən Uluxanlı.

4. “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev

5. “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə.

6. “Respublika Şəhid aillərinə Qayğı Cəmiyyəti” İctimai birliyinin sədri Müşfiq Əliyev.

7. “Vətən Müharibəsi Əlillərinə Kömək “ İctimai Birliyinin sədri Qurban Məmmədov.

8. “Qürur Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Naibə Behbudova

9. Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnfişaf Fondunun Prezidenti Ədalət Məhərrəmov.

10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova

11. “Müharibə Veteranları və Beynəlminəlçi Hərbiçilər” İctimai Birliyinin sədri Əzizağa Qənizadə.

12. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev.

13. “Respublika Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov.

14. “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin sədri Vahid Abbasov.