Əsas Səhifə Slide-az “Ünvanlı sosial yardım artırılacaq” – Nazir

“Ünvanlı sosial yardım artırılacaq” – Nazir

3 dəqiqə oxundu
0
0
35

 

“Ölkədə qazın və işığın qiymətlərinin differensiallaşıdırılmasından sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci il il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər artırılaraq əhalinin aztəminatlı hissəsinin sosial təminatına yönəldiləcək”.

Bunu Milli Məclisin birgə komitələrinin 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, qaz və işığın qiymətləri artdığına görə gələn il ünvanlı sosial yardımlar da artırılacaq: “Qaz və işığın qiymətinin diferrensialaşdırılması ilə əlaqədar əhalinin həssas qrupları üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımların miqdarının artırılması nəzərdə tutulur”. Maliyyə naziri Samir Şərifov bildirib ki, devalvasiyalara baxmayaraq yenə də manatın məzənnəsi təqyiqlərə məruz qalmaqdadır. Nazir vurğulayıb ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.

“Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/ bareldən daha da azalması, qeyri-neft sektorunda artım nəzərdə tutulan səviyyədə olmaması,(2017-də ÜDM 1% artımı, qeyri-neft sektiru üzrə ÜDM-in 2,5% səviyyəsində artımı) artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsindin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımalr kifayər etmədikdə büdcəyə yenidən baxıla bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…