Əsas Səhifə Slide-az Uşaqpulu məsələsi payızda həll ediləcək

Uşaqpulu məsələsi payızda həll ediləcək

2 dəqiqə oxundu
0
0
2,688

Uşaqpulu məsələsi Milli Məclisin əvvəlki iclaslarında da bir neçə dəfə səsləndirilmişdi. Bu da normaldır, çünki seçicilərlə görüşlərimizdə vətəndaşların ən çox istədiyi məsələ uşaqpulunun bərpa edilməsidir.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib. Millət vəkili hesab edir ki, bu, indiyə qədərki sosial yardım paketlərinin bir hissəsini sıradan çıxaracaq:

“Çünki kasıb ailələrin əksəriyyəti çoxuşaqlıdır. Əgər bu ailələr müəyyən miqdarda uşaqpulu alacaqlarsa, artıq ailəyə daxil olan sabit gəlirləri olacaq və onların sosial yardıma ehtiyacı qalmayacaq. Digər tərəfdən, bir çox sosial paketlərin tətbiqi zamanı bəzi bölgələrdə bu sahədə müşahidə etdiyimiz əliəyrilik, tamahkarlıq, rüşvətxorluq, vəzifədən sui-istifadə kimi neqativ hallar aradan qaldırılacaq”.

Millət vəkili qeyd edib ki, payız sessiyasında Milli Məclisin bu məsələyə yenidən qayıdacağına və məsələnin vətəndaşların xeyrinə həll olunacağına inanır:

“Bu, dövlətimizin və dövlət başçımızın sosial sahədəki uğurlu siyasətinin məntiqinə tamamilə uyğundur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasi…