Əsas Səhifə Cəmiyyət “Uydurma “erməni soyqırımı” ilə bağlı abidə söküləcək”

“Uydurma “erməni soyqırımı” ilə bağlı abidə söküləcək”

1 dəqiqə oxundu
0
0
29

Türkiyənin Tunceli vilayətinin Nazimiye rayonu ərazisində qondarma “erməni soyqırımı” ilə bağlı abidə söküləcək.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, abidə qanunsuz olaraq ucaldılıb və hər bir qanunsuz tikili kimi sökülməlidir. Səfir sökmə işlərinin nə vaxt başlayacağı və tamamlanacağı barədə hələlik məlumatın olmadığını söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Sözcü” qəzeti Nazimiyedə bu ilin aprel ayında ucaldılmış qondarma “erməni soyqırımı” abidəsinin üzərində ASALA terror təşkilatı üzvlərinin, o cümlədən Monte Melkonyanın və PKK terrorçularının adlarının əks olunduğu barədə məlumat yayıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…