Əsas Səhifə Cəmiyyət “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi yeni layihənin başlanğıcına start verib

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi yeni layihənin başlanğıcına start verib

3 dəqiqə oxundu
0
0
420

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Postpandemiya dövrünə adaptasiya və gigiyenik qaydalara əməl olunmasının vacibliyi” layihəsi həyata keçirəcək.

Məlumat üçün qeyd edək ki, layihə koronavirus (Covid-19) pandemiyası dövründə əhalinin maarifləndiirlməsinə yönəlik formatda həyata keçiriləcək. Layihə dövründə maarifləndirici buklet hazırlanıb çap olunacaq və əhaliyə paylanılacaq. Layihənin icrası zamanı Ağsuda yaşayan aztəminatlı ailələrə ərzaq yardım paketlərinin çatdırılması nəzərdə tutulur.
Sosialxəbər.az xəbər verir ki, təşkilatın sədri Fatma Hacıyeva qeyd edib ki, indiki zamanımızda ən vacib qarşıda dura məsələlərdən biri də koronavirus (Covid-19) virusu ilə mübarizədir və icrası nəzərdə tutulmuş layihənin başlıca məqsədi də Postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır.

Bunun üçün də insanları düzgün davranışları və özlərini qorumaları üçün kifayət qədər maarifləndirmə layihələrinin keçirilməsinə ehtiyac vardır.
Qeyd edək ki, layihə 3 ay ərzində həyata keçiriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…