Əsas Səhifə Cəmiyyət Vəkillərin vəsatətləri təmin edilmədi – Nardaran işi

Vəkillərin vəsatətləri təmin edilmədi – Nardaran işi

6 dəqiqə oxundu
0
0
35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin məhkəmədə iştiraklarının təmin edilməsi barədə vəsatət veriblər.
Amma məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, müdafiə etdiyi şəxsin anası rəhmətə gedib.

O, Şanil Abduləliyevin yas məclisində iştirakına icazə verilməsini istəyib. Hakim bununla bağlı Penitensiar xidmətə müraciət edəcəklərini qeyd edib.

Vəkil Fariz Namazlı isə Abbas Hüseynovun səsyazısı olan diskə onun iştirakı ilə qulaq asılması barədə vəsatət verib. Vəkil qeyd edib ki, Abbas Hüseynov bəzi ifadələrin ona məxsus olmadığını deyib.

Vəkil Nemət Kərimli isə daxili işlər naziri Ramil Usubovun və mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun məhkəmədə dindirilmələri barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Proses günün ikinci yarısında davam edəcək.

***

Günün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov bildirib ki, iş üzrə hal şahidlərindən İntiqam Kərimov digər işlərdə də hal şahidi olub. Vəkilin sözlərinə görə, Hüseynağa Məmmədov adlı şahid isə əvvəllər həbs edilib. Yalçın İmanov onların imzaladıqları protokolların iş materiallarından çıxarılması haqqında vəsatət verib.

Məhkəmə Yalçın İmanov tərəfindən hal şahidləri ilə bağlı verilən vəsatətə münasibət bildirib və vəsatət təmin edilməyib.

Vəkil Zibeydə Sadıqova Şamil Abduləliyevin sabah yas məclisində iştirakının təmin edilməsini və ona qardaşı ilə məhkəmədə görüş verilməsini istəyib.

Vəkil bildirib ki, qardaşı ona dəstək olmaq istəyir. Hakim deyib ki, qanunda buna icazə verilmədiyi üçün nəsə edə bilməz.

Proses dekabrın 21-də davam edəcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…