“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsini icra edir.

Sosialxəbər.az xəbər verir ki, layihə çərçivəsində bir çox fəaliyyətlərlə yanası, QHT-lərin fəaliyyətini işıqlandıran həftəlik xəbərlər proqramının hazırlanması da nəzərdə tutulur. Xəbərlər Bloku QHT TV, eyni zamanda qht.az saytı və sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.

QHT-ləri bu imkandan yararlanmağa dəvət edirik.

Xəbərlər Blokunda təbirinizin yayımlanması üçün QHT aşağıdakı məlumatları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinə təqdim etməlidir.
1. QHT tərəfindən keçirilən tədbir haqqında video material (minimum 5 dəqiqə, video materialın HD formatında olması tövsiyə olunur)
2. Tədbir haqqında informasiya (Press Reliz, xəbər və s.)

Müraciət tarixi: 27 may – 30 sentyabr 2019.

Məlumatlar aşağıdakı üsullarla təqdim oluna bilər:
1) Elektron. Materialları h_jasarat@hotmail.com ünvanına göndərmək olar. Materialların həcmi böyük olarsa, informasiyaların e-mailə wetransfer.com saytı vasitəsi ilə göndərilməsi tövsiyə olunur.
2) Birbaşa. Materiallar birbaşa təşkilatın ofisinə təqdim edilə bilər. Ünvan: Mətbuat prospekti, 529-cü məhəllə, Azərbaycan nəşriyyatı, 120-ci otaq.

Əlavə məlumat və texniki dəstək almaq üçün əlaqə:
Cəsarət Hüseynzadə (layihə rəhbəri ), Mob.: +994 55 325 1838