Əsas Səhifə Cəmiyyət Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır

Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır

3 dəqiqə oxundu
0
0
42

Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə deyib.

“Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir”, – Prezident qeyd edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Şuşanın işğal olunmasının səbəbkarı

O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını n…