Bakı şəhər Xəzər rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının Dövlət Sosial Müdafiə Fondu xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov və Məşqulluq Mərkəzinin direktoru Elnur Əkbərov Qala Qəsəbəsinin sakinlərinin məşqulluq və sosial müdafiəsilə bağlı problemlərin yerində öyrənilməsi məqsədi ilə səyyar qəbulda iştirak ediblər.

Sosialxəbər.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən qaldırılımış pensiya təyinatı,ünvanlı sosial yardım,sosial müavinətlər,issizlik və digər məslələr müzakirə olundu. DSMF Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib. Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib.
Sentyabrın 1-dən əmək haqqı artımı 180 manatdan-250 manata qaldırılması və oktyabrın 1-dən əmək pensiyalarının 180 manatdan-200 manata qaldırılması ölkədə aztəminatlı ailələri sosial rifahının yaxşılaşdırılması üçün atılan ən böyük addımlardandır.

Vətəndaşlar tərəfindən qaldırılan Bələdiyyə,Sosial Müdafiə və Məşqulluq ilə bağlı bəzi məsələlər yerində həll olunub.Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.