Əsas Səhifə Slide-az Xəzər rayon Zirə qəsəbəsində səyyar qəbul təşkil olundu

Xəzər rayon Zirə qəsəbəsində səyyar qəbul təşkil olundu

4 dəqiqə oxundu
0
0
45

Bakı şəhər Xəzər rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının Dövlət Sosial Müdafiə Fondu xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov, Məşqulluq Mərkəzinin direktoru Elnur Əkbərov və Zirə Bələdiyyəsinin sədri Anar Hüseynov Zirə Qəsəbəsinin sakinlərinin məşqulluq və sosial müdafiəsilə bağlı problemlərin yerində öyrənilməsi məqsədi ilə səyyar qəbulda iştirak ediblər.

Sosialxəbər.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən qaldırılımış pensiya təyinatı,ünvanlı sosial yardım,sosial müavinətlər,issizlik və digər məslələr müzakirə olundu. DSMF Xəzər rayon şöbəsinin müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib.

Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə edəcəyi bildirilib. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmaların tətbiqi və şəffaflığın təminatı, vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar diqqətə çatdırılıb.

Vətəndaşlar tərəfindən qaldırılan Bələdiyyə,Sosial Müdafiə və Məşqulluq ilə bağlı bəzi məsələlər yerində həll olunub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından alınan…