Əsas Səhifə Slide-az Xoruz ili məmur və siyasətçilər üçün nə vəd edir?

Xoruz ili məmur və siyasətçilər üçün nə vəd edir?

10 dəqiqə oxundu
0
0
33

2017-ci il Xoruz ili üstündə təhvil olunacaq. Şərqdə hesab edilir ki, Xoruz ili ümumilikdə hadisələri çətinləşdirməyən, öz yolu ilə gedən, öz firavanlığı uğrunda vicdanla çalışan, sözündə və əməlində sadiq olan bütün insanlar üçün əlverişli parlaq və sürprizlərlə dolu olacaq.

Təbii ki, 12 müxtəlif zodiak altında dünyaya gələnlər üçün bu il fərqli prizmalarda olacaq. Astroloqlar artıq bu barədə öz proqnozlarını bildirirlər.

Bəs, ölkəmizin tanınmış məmur və siyasətçiləri üçün bu il nə vəd edir?

Bununla bağlı bir neçə tanınmışların il və bürclərini araşdırdıq. Məlum oldu ki, uzun müddətdir ki, ölkənin baş naziri vəzifəsində çalışan Artur Rasizadə Qaban ili, Balıqlar bürcü altında dünyaya gəlib. Astroloqlar bildirirlər ki, bu il və bürc altında dünyaya gələnlərin səbir və inadkarlıq məziyyətləri Xoruz ilində iş və maliyyə məsələlərində çox gərəkli olacaq. Eyni zamanda “durğunluğa son” olacaq. Belə ki, onların həyatında təxminən 10 il davam edən durğunluq dövrü başa çatacaq. Onlar sanki yuxudan ayılacaq, işsizlik yükündən xilas olacaq və özündə inanılmaz enerji partlayışı hiss edəcəklər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Öküz ili, Xərçəng bürcü altında dünyaya gəlib. Astroloqlara görə, bu il Öküz ilinin nümayəndələri üçün çoxlu sürprizlər olacaq. Baş verənlərin çoxu isə gözlənilməz olsa da, onlardan qorxmaq lazım deyil. Belə halların hər birində sehrli açar salınacaq, hansı ki, sonda onlar üçün uğura yol açılacaq. Xərçəng bürcünün nümayəndələri isə ağır yüklərə əlvida deyəcək.

Nəqliyyat naziri Ziya Məmmədov isə Əjdaha ili, Buğa bürcü altında dünyaya gəlib. Astroloqlar bildirirlər ki, əjdahalar Xoruz ilində özünü yüksəkdə hiss edə biləcəklər. Onları sahələrində çox güclü irəliləyiş, bir çox uğur vəd edən layihələr, eləcə də uzun illər inkişaf və rifahı yaxşılaşdıra bilən işlər, xoş xəbərlər və ən nəhayət, firavanlıq gözləyir. Xüsusən də Buğa bürcü altında olan əjdahalar nəhayət ki, bu il həyatdan zövq alacaq, sakitləşəcəklər. Ulduzlar bütün ilin onlar üçün yağ-bal içində keçəcəyinə təminat verməsə də, müsbət emosiyaların çox olacağını bildirirlər.

Milli Məclisin spikeri Oqtay Əsədov Qoyun ili, Oğlaq bürcünün nümayəndəsidir. Astroloqlar Qoyun ilində olan insanlara bu cür tövsiyyə verirlər: “Xoruz ili sizin üçün əhəmiyyətli xərclər planlaşdırıb, onlarla yaxınlarınız və dostlarınız razılaşmaya bilər. Dostların məsləhətindən istifadə edib, etməməyiniz öz qərarınızdır, lakin bu məsələni böyüdüb mübahisəyə çevirməməyə çalışın və unutmayın ki, son qərarlarınıza görə məsuliyyət nəticədə bütünlüklə öz üzərinizə düşür. Oğlaq nümayəndələrinə isə tövsiyyə olunur ki, “ilk növbədə özünüzü düşünün və özünü inkişafla məşğul olun. Dünyaya yeni baxış sizi sevindirəcək və ətrafınızda hər şey dəyişməyə başlayacaq. Problemlər gözünüzdə daha qlobal görünməyəcək”.

Deputat Siyavuş Novruzov isə Xoruz ilindəndir. Ehtimallara görə, Xoruz ili bu il altında dünyaya gələnlər üçün çox düşərli olacaq. Qeyd olunur ki, bu ilin nümayəndələri istənilən məsələləri öz xeyrinə yönəldə biləcək, güclərini daha da artıra biləcəklər.

Geridə qoyacağımız Meymun ili isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ilidir. Bu il onun üçün uğurlu olduğunu söyləmək olmaz. Əvvəllər tez-tez mətbuata çıxan, jurnalistlərin suallarını özünəməxsus şəkildə cavablandıran, Bakı küçələrini qarış-qarış gəzən H.Abutalıbov bu il nədənsə gözə dəymədi. Xüsusən də Bakıya yağan leysan yağışlarının yaratdığı problemlər ərəfəsində gözlər merə zillənsə də, ondan bir xəbər çıxmadı. Onu yalnız ara-sıra rəsmi dövlət tədbirlərində görmək mümkün oldu. Bir neçə dəfə isə vəzifəsindən uzaqlaşdırılacağı barədə şayiələr yayıldı. Yeni ilə gəldikdə isə, astroloqlar Xoruz ilinin onlar üçün bir çox sahələrdə müsbət olacağını vəd edir. Lakin hər şeydən çox onları şəxsi həyatda baş verən dəyişikliklərin sevindirəcəyi bildirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…