Əsas Səhifə Cəmiyyət Xoruz İlinin səs-küylü HADİSƏLƏRİ

Xoruz İlinin səs-küylü HADİSƏLƏRİ

11 dəqiqə oxundu
0
0
28

Qarşıdan gələn 2017-ci il xoru ili olacaq. Modern.az Çin təqviminin xoruz ilində əvvəlki zamanlarda baş verən hadisələrdən yazır.

1957- ci il:
16 yanvar – Əlcəzairdə Fransaya qarşı vətəndaş müharibəsi başladı
25 mart – Romada Avropa İqtisadi Birliyi (gələcək Avropa İttifaqı) yaradılıb
29 mart – ABŞ-a məxsus Li-2 təyyarəsi Sovet ərazisində vurulub
10 may – Kolumbiyada diktator Roxas Pinilyanın hakimiyyəti hərbi xunta tərəfdinə devrilib
21 sentyabr – Almaniya Demokratik Respublikasına məxsus “Pamir” barjası Azor dənizində batıb, 80 nəfər həlak olub
4 noyabr – Rumıniya hökumət üzvlərini daşıyan təyyarənin qəzaya uğraması zamanı göyərtədəki 16 nəfərdən 4-ü həlak olmuşdu
8 dekabr – Venesuela diktatoru Peres Himenezin diktaturası xalq üsyanı nəticəsində devrilir

1969-cu il:
13 yanvar – Los-Anceles aeroportunda DC-8-62 təyyarəsinin qəzaya uğraması zamanı 15 nəfər həlak olmuşdu.
2 mart – Sovet və Çin qoşunları arasında Damansk adasında silahlı toqquşma baş verdi.
16 mart – Venesuelada 742 Viasa reysinin qəzaya uğraması zamanı 155 nəfər həlak olmuş, 100 nəfər isə yaralanmışdı.
4 iyun – Meksikanın Monterrey şəhərində Boing 727 təyyarəsinin qəzaya uğraması nəticəsində 79 nəfər həlak olub.
1 sentyabr – Liviyada dövlət çevrilişi nəticəsində polkovnik Müəmmər Qəddafi hakimiyyətə gəlir
2 sentyabr – Vyetnam Demokratik Respublikasının yaradıcısı Xo Şi Min vəfat edib.
25 sentyabr – İslam Konfrnası Təşkilatının əsası qoyulub
29 oktyabr – İnternetin yaranma günü
24 noyabr – SSRİ vəABŞ nüvə silahının yayılmaması barədə razılaşmanı imzalayır

1981-ci il:
19 yanvar – Əlcəzaridə ABŞ və İran arasında aparılan danışıqlardan sonra Tehranda girov saxlanılan 52 amerikalı azad olunur.
20 yanvar – Ronald Reyqan prezident səlahiyyətlərinin icrasına başlayır
14 fevral – İrlandiya paytaxtı Dublində Stardust klubunda baş verən yanğın zamanı 48 nəfər ölüb, 214 nəfər isə xəsarət aldı
10 may – Fransua Mitteran Fransa prezidenti seçildi
13 may – Türkiyəli terrorçu Məhməd Əli Ağca Roma Papası II İohann Pavelə sui-qsəd edib
24 may – Ekvador prezidenti Xayme Roldos Agilera aviasiya qəzasında həlak oldu
30 may – Banqladeş prezidenti Ziaur Rəhman dövlət çevrilişinə cəhd zamanı öldürülüb
5 iyun – SPİD xəsətliyi ilk dəfə aşkar olunub
29 iyul – Şahzadə Çarlz və Dinananın toy mərasimi
30 avqust – İran prezidenti Rəcai və baş nazir Məhəmməd Bahonar həlak olub
6 oktyabr – Misir prezidenti Ənvər Sədət hərbi parad sırasında öldürülüb
1 dekabr – Korsikada MD-81 təyyarəsinin qəzaya uğraması zamanı 180 nəfər həlak olub

1993-cü il
1 yanvar – Çexoslavakiya Çexiya və Slovakiya dövlətinə bölündü
8 fevral – Tehran yaxınlığında Tu-154M və Su-24 qırıcılarının toqquşması zamanı 133 nəfər həlak olmuşdu
17 fevral – Haitinin Port-o-Prens şəhəri yaxılığında sərnişin gəmisinin batması zamanı 500 nəfər həlak olmuşdu
26 fevral – Ümumdünya Ticarət Mərkəzində bombayüklü maşının partlaması nəticəsində 6 nəfər ölüb, 1042 nəfər isə xəsarət alıb
12 mart – Hindistanın Bombey şəhərində müsəlman terrorçuların törətdiyi partlayış zamanı 257 nəfər həlak olmuş, 713 nəfər isə xəsarət alıb.
2 aprel – Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal olunub
5 aprel – “Lukoyl” şirkəti təsis olunub
19 aprel – Texas ştatının Ueyko şəhərində Federal Təhqiqatlar Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 79 nəfər, o cümlədən 21 uşaq həlak olub.

27 sentyabr – Abxazlar Suxumi şəhərini ələ keçirib. Gürcü-Abxaz müharibəsi yekunlaşıb

4 oktyabr – Rusiya Dumasına hökumət qoşunlarının hücumu. 133 nəfər həlak olub, Duma sədri Rutskoy və Xasbulatov həbs olunublar
20 noyabr – Makedoniyanın Oxrid şəhəri yaxınlığında baş verən təyyarə qəzasında 116 nəfər həlak olub.
31 dekabr – Gürcüstan prezidenti Zviad Qamsaxurdiya intihar edib

2005-ci il:
9 yanvar – Mahmud Abbas Fələstin administrasiyasının rəhbəri seçildi
25 yanvar – Hindistanın Satare şəhərində zəvvarlar arasında yaranan sıxlıq zamanı 257 nəfər həlak olub
3 fevral – Kabildə təyyarə qəzasında 104 nəfər həlak olub
10 fevral – Şimali Koreya nüvə silahının olduğunu elan edib
14 fevral – Livanın keçmiş baş nazir Rafiq Həriri Beyrutun mərkəzində sui-qəsd nəticəsində həlak olub
8 mart – Çeçen mücahidlərinin lideri Aslan Məshədov Rusiya xüsusi təyinatlılarının əməliyyatı zamanı öldürülüb
24 mart – Qırğızıstanda dövlət çevrilişi nəticəsində prezident Əsgər Akayev hakimiyyətdən devrildi.
2 aprel – Roma papası II İohan Pavel vəfat etdi
6 aprel – Monako knyazı III Renye vəfat edib
19 aprel – XVI Benedikt Roma papası seçildi
13 may – Özbəkistanın Əndican şəhərində kütləvi toqquşmalar. İnsident zamanı 157 nəfər həlak olub
5 iyun – İsveçrə referendum yolu ilə Şengen razılaşmasına qoşulub
7 iyul – London metrosunda və şəhər avtobuslarında baş verən silsilə hücumlar zamanı 56 nəfər həlak olub
16 iyul – Ekvatorial Qvineyanın Malabo şəhərində An-24B təyyarəsinin qəzaya düşməsi zamanı 60 nəfər həlak olub
1 avqust – Səudiyyə Ərəbistanı kralı Fəhd ibn Əbdül Əziz əs-Saud vəfat edib. Txatı onun qardaşı tutub.
23 avqust – “Katina” qasırğası nəticəsində ABŞ-da 1800-dən artıq insan həlak olub.
8 oktyabr – Pakistanın Kəşmir bölgəsində baş verən zəlzələ zamanı 73 mindən artıq insan həlak olub
1 noyabr – Fransada kütləvi iğtişaşlar başlayıb

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…