Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verlişinin aparıcı Xoşqədəm Hidayətqızı efirdə bir ilkə imza atdıqlarını bildirib.

Sosialxəbər.az xəbər verir ki, 3 dəqiqə ərzində efirə çıxan Samirənin atası tapılıb.

Xoşqədəm Hidayətqızı Samirəni qucaqlayaraq onun gözəl qız olduğunu söyləyib: “Gözəl kirpiklərə və ismətə sahibsən. Mən qızlarımızın üzündə bu məsumluğu və isməti görəndə çox sevinirəm. Necə bədbəxt qadınam ki, qızım yoxdur. Şükür, 3 oğlum var. Xoşbəxtəm. Belə qızları görəndə deyirəm ki, kaş o 3 oğlumdan bir də qız olardı”.

Qeyd edək ki, Samirənin atası o 4 aylıq olarkən onu tərk edib.