Əsas Səhifə Cəmiyyət “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstəyin gücləndirilməsi istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi başa çatdı

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstəyin gücləndirilməsi istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi başa çatdı

3 dəqiqə oxundu
0
0
764

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstəyin gücləndirilməsi istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsi 1 avqust tarixində öz icrasını uğurla başa vurdu.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Rövşən Novruzov məlumat verib. Onun sözlərinə görə, layihə dövründə 25 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunmuşdur.

Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş vermişdir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmışdır, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranmışdır. Reabilitasiyaya cəlb olunmuş uşaqların müəyyən bir hissəsi hərf və rəqəmləri tanımırdı, lakin davamlı məşğələ və təlimlərdən sonra həmin uşaqlar artıq hərfləri və rəqəmləri yazmağı, tələffüz etməyi və saymağı öyrənmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…