Əsas Səhifə Cəmiyyət Yalnız bu halda normal həyata qayıda bilərik

Yalnız bu halda normal həyata qayıda bilərik

2 dəqiqə oxundu
0
0
538

Pandemiya bütün dünyada davam etməkdədir və dünya ölkələrini nəzərə aldıqda son statistika ürəkaçan deyil.

Sosialxəbər.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib. Onun sözlərinə görə, Azərbaycandakı hazırkı statistika ürəkaçan qiymətləndirilir:

“Sərt karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bunun birdən yumşaldılması yoluxma sayının artıra bilər. Xalqımızın epidemiya ilə mübarizədə iştirakı burada xüsusi rol oynayır. Sıxlıq, təmas artdıqca, qorunmanı artırmalıyıq. Yalnız bu halda normal həyata qayıda bilərik.

Qarşıdan payız mövsümündə respirator xəstəliklərin artması gözlənilir. Lakin COVID-19-dan qorunma tədbirlərinə riayət etməklə digər xəstəliklərdən də qorunmaq mümkündür. Qeyd edim ki, yaxın bir neçə ay ərzində ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcəkdir. Bu vaksinlər mövsümü qripi məhdudlaşdırmağa kömək edəcəkdir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…