Əsas Səhifə Milli məclis YAP-da mühüm dəyişikliklər

YAP-da mühüm dəyişikliklər

4 dəqiqə oxundu
0
0
219

Yeni Azərbaycan Partiyası son günlər ən çox müzakirə edilən siyasi qurumlardan biridir. Hakim partiyanın növbədənkənar qurultaya gedə biləcəyi barədə xəbərlər artır. Bildirilir ki, YAP-ın İdarə Heyəti və Siyasi Şurası gənclərin hesabına yenilənə bilər.

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov qeyd edib ki, hakim partiya ətrafında yaranan bu söz-söhbətləri yeni hesab etmək olmaz:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı və hərtərəfli islahatlar həyata keçirilir. Eyni zamanda ciddi kadr islahatları aparılmaqdadır. Savadlı, bilikli, vətənpərvər, milli ruhda tərbiyə almış gənclər yüksək vəzifələrə təyin olunurlar. Cənab Prezident onların qarşısında çox ciddi, mühüm vəzifələr qoyur. Bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyasında dəyişikliklər və islahatlar kursunun həyata keçirilməsi zamanın tələbidir. Cənab Prezidentin özü də Yeni Azərbaycan Partiyası ilə bağlı müəyyən təkmilləşdirmələrin həyata keçirilməsi ilə əlaqədar fikirlər səsləndirib. YAP öz mahiyyəti etibarilə islahatçı partiyadır. Onun tərkibində xeyli gənc vəzifələrə təyin olunub. Amma eyni zamanda müəyyən xoşagəlməz proseslər də diqqətdən yayınmayıb”.

E.Nəsirov qeyd edib ki, hakim partiyanı təmsil edən müəyyən şəxslərin həbsi ilə bağlı məsələlər, o cümlədən partiyada təmsil olunub, lakin vəzifədə olmadığı zamanlarda özünü qeyri-adekvat aparan şəxslər bu gün də var:

“Bu baxımdan hesab edirəm ki, islahatlar kursu hakim partiyadan da yan keçməyə bilər. Əsas odur ki, hakim partiya hər zaman belə islahatlara açıqdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli məclis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…