Əsas Səhifə Milli Qəhrəmanlar Yaralanmış hərbçilərin durumu açıqlandı

Yaralanmış hərbçilərin durumu açıqlandı

2 dəqiqə oxundu
0
0
124

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir.

Sosialxəbər.az xəbər verir ki, Real TV yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb.

Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daim hərbçilərin vəziyyəti ilə maraqlanır”.

Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: “Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar”.

Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər.

“Yaralandığıma görə çox təəssüf edirəm, yoldaşlarımı tək buraxdım. Tez sağalıb cəbhəyə qayıtmaq istəyirəm. Əhval-ruhiyyəmiz çox gözəldir”, – yaralı əsgərlərdən biri bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…