Əsas Səhifə Slide-az Yeni dərs ili ənənəvi qaydada başlayarsa

Yeni dərs ili ənənəvi qaydada başlayarsa

4 dəqiqə oxundu
0
0
105

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilməsi barədə açıqlama yayıb.

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərslər ənənəvi qaydada keçirilərsə, virusa qarşı izolyasiya tədbirləri görülməlidir.

“Ümid edək ki, yeni tədris ilində dərslər ənənəvi qaydada başlanacaq. Əgər ənənəvi qaydada başlayarsa, o zaman müvafiq izolyasiya tədbirləri görülməlidir. Yəni dərslər xüsusi qaydalara riayət edilməklə keçirilə bilər. Bunlar əsasən aşağıdakılardır:

– Parta arxasında şagirdlərin və ya tələbələrin tək-tək oturması;

– Təhsil müəssisəsinə daxil olarkən hər bir şəxsin bədən hərarətinin uzaqdan idarə edilən cihazla yoxlanılması;
– Qoruyucu maskalardan istifadə;

– Tibbi spirtdən istifadə;

– Zəruri halda qoruyucu tibbi əlcəkdən istifadə;

– Dərs otaqlarının – auditoriyaların dərsdən əvvəl və dərsdən sonra dezinfeksiya olunması;

– Dərslərarası fasilədə şagirdlərin dəhlizdə toplaşmasının qarşısının alınması”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, bütün bunlara təhsil müəssisələrinin rəhbərliyi ciddi nəzarət etməlidir:

“Onların təyin etdiyi şəxslər vəziyyəti izləməlidir. Yəni bu məsələlərə birbaşa nəzarət funksiyası təhsil müəssisələrinin üzərindədir. Amma dəstək xarakterli addımlar da atıla bilər. Bilirsiniz ki, bu il ölkəmizdə “Könüllülər ili”dir. ASAN Xidmət bu sahədə təcrübəli könüllüləri işə cəlb edə bilər. Xüsusi və ya sərt karantin rejimi elan olunmamış şəhər və rayonlarda isə buna ehtiyac yoxdur. Çünki yoluxma halı olmayan və ya az olan bölgələrdə təkcə yuxarıda qeyd olunan izolyasiya qaydalarına riayət etmək kifayətdir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…