Əsas Səhifə Slide-az Yeni təsis edilmiş Prezidentin aylıq təqaüdü aprelin sonunda veriləcək

Yeni təsis edilmiş Prezidentin aylıq təqaüdü aprelin sonunda veriləcək

3 dəqiqə oxundu
0
0
13

Bildiyiniz kimi əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.

Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Sosialxəbər.az xəbər verir ki,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

“Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün yeni təsis olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq”, – deyə F.Talıblı qeyd edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

ƏSMİD İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk ianəsini köçürüb

Bu barədə Sosialxəbər.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına…