Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, metronun “Koroğlu” stansiyasının qarşısında, piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.