Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının qarşısında baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada, 1986-cı il təvəllüdlü Qədirov Orxan Adil oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.